RU

Avropa parlamenti bu qətnamə ilə Rusiyanın dəyirmanına su tökür » AzadMedia.az


Qulu Məhərrəmli sosial media hesabında yazır:
"Düz 20 il əvvəl-2006-cı ilin mayında mən Avropa Parlamentində Gürcüstan Prezidenti Mixail Saakaşvilinin çıxışına qulaq asırdım. O, Moskvanın regionu qarışdırmaq siyasətindən danışanda Rusiya nümayəndəsi V.Jirinovski yerdən onun sözünü kəsməyə çalışdı. Saakaşvili ona imkan verməyib dedi ki, nə qədər Avropa Parlamentində sizin kimi deputatlar var, bu qurumun qərarları heç vaxt obyektiv olmayacaq.
İndi doğrudan da Avropa Parlamenti o yolu tutub və Azərbaycanın əleyhinə qərəzli qətnamə qəbul etməklə həqiqəti və siyasi reallığı danır. Bu qurum Qarabağ ermənilərinin hüquqları barədə qətnamə qəbul etməklə faktiki olaraq həm separatizmi stimullaşdırır, həm də reallığa arxa çevrilmiş olur. Bütün dünya bilir ki, ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər. İkincisi, sual ortaya çıxır ki, əcəba, Avropa Parlamenti nəyə görə Ermənistandan zorla çıxarılmış yarım milyon azərbaycanlının pozulmuş hüquqları barədə heç bir sənəd qəbul etmədi? Nədən bu qurum öz Vətənində zorakılığa məruz qalmış Azərbaycan köçkünlərinin hüquqları haqqında bir kəlmə də danışmırdı? İndi nə baş verdi ki, bu parlament Qarabağ erməniləri üçün göz yaşı tökür?
Mənim əsas qənaətim odur ki, heç nə baş verməyib, sadəcə, Avropa parlamenti bu qətnamə ilə bir tərəfdən Rusiyanın dəyirmanına su tökür, digər tərəfdən isə köhnə bayatılar oxumaqda davam edir".
Избранный
1
1
azadmedia.az

2Источники