Parlamentlərarası İttifaqın Baş katibi Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib -Fotolar
Ölkəmizdə səfərdə olan Parlamentlərarası İtiffaqın Baş katibi Martin Çunqonq mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində qonaq Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri qoyub, ona Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Ziyarət zamanı qonağı Milli Məclis Katibliyinin rəisi Teymur Tağıyev və digər rəsmi şəxslər müşayiət ediblər.