RU

Zelenski İrəvanda erməni jurnalistin Azərbaycanla bağlı təxribatçı sualına cavab vermədi...

Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçirilən səkkizinci toplantısı çərçivəsində Ermənistanda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski təxribatla üzləşib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Ukrayna liderinin toplantının keçiriləcəyi Karen Dəmirçyan adına idman-konsert kompleksinə gəldiyi zaman baş verib.

 

Ukrayna Prezidenti girişdə jurnalistlərin suallarını cavablandırıb. Fürsətdən istifadə edən erməni mediası isə təxribata əl atıb. Belə ki, erməni jurnalisti ona guya Azərbaycanın 44 günlük müharibə zamanı Ukrayna tərəfindən verilmiş fosfor bombalarından istifadə etməsi barədə heç bir fakta söykənməyən, böhtan və iftira xarakterli sual ünvanlayıb.

 

Ukrayna Prezidenti isə bu təxribatçı sualı cavabsız qoyaraq brifinq zonasından uzaqlaşıb.

Избранный
36
senzor.az

1Источники