RU

Sağlam gənclik strategiyasının parlaq təzahürü- ÖZƏL

"Prezident İlham Əliyevin Avropa çempionatında tarixi uğura imza atan milli güləş komandamızla görüşü və səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanda idman sahəsində əldə olunan hər bir nailiyyətin əsasında güclü dövlət siyasəti, sistemli yanaşma və idmançılarımıza göstərilən davamlı qayğı dayanır. Tiranada qazanılan komanda birinciliyi Azərbaycan dövlətinin illərdir həyata keçirdiyi məqsədyönlü siyasətin, milli idman məktəbinin və sağlam gənclik strategiyasının parlaq təzahürüdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Cənab Prezidentin xüsusi vurğuladığı kimi, Azərbaycan güləşçilərinin həm yunan-Roma, həm sərbəst güləş üzrə Avropada komanda hesabında birinci olması, qadın güləşçilərimizin medalçılar sırasında yer alması ölkəmizin idman tarixində mühüm nailiyyətdir. Bu uğur Azərbaycan idman məktəbinin gücünün, milli ənənələrimizin davamlılığının və peşəkar hazırlıq sistemimizin yüksək səviyyəsinin göstəricisidir.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin "nəsillər dəyişir, amma Azərbaycan idmanının uğurları dəyişmir" fikri əslində dövlətimizin idman strategiyasının mahiyyətini çox dəqiq ifadə edir. Bu gün Olimpiya çempionlarımızın, dünya və Avropa mükafatçılarımızın federasiya rəhbərliyində, məşqçi heyətində təmsil olunması təcrübə ilə gəncliyin vəhdətini təmin edir və yeni çempionların yetişməsinə güclü zəmin yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
olaylar.az

1Источники