
Hörmüz boğazından keçid zamanı İranın təlimatlarına əməl etməkdən imtina edən bütün gəmilər güc tətbiq edilməklə saxlanılacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Mohebi bəyan edib.
"İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən elan edilmiş prinsiplərə zidd olan istənilən hərəkət ciddi risklərlə müşayiət olunacaq. Qaydaları pozan gəmilər güc tətbiq edilməklə dayandırılacaq", — deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirib.
Mohebi vurğulayıb ki, bütün gəmiçilik şirkətləri və nəqliyyat sığortası təşkilatları SEPAH-ın bildirişlərinə diqqət yetirməlidirlər.
Məryəm Quliyeva