RU

LUX Residence-dən şikayət: 86 yaşlı qadının FƏRYADI

Ajans.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər, Yasamal rayonu İ. Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayan İbrahimova Piruzə Abusət   qızını yaşadığı evdən məcburi şəkildə çıxarmağa çalışıb.  Sakin iddia edir ki, ərazinin və binanın satılmasından sonra “LUX RESIDENCE” tikinti şirkəti digər bina sakinləri ilə razılığa gəlsə də, onunla bağlı fərqli mövqe sərgiləyib. Bildirilib ki, əvvəlcə sakini məcburi şəkildə evindən çıxarmağa cəhd olunub, etiraz etdikdən sonra isə məsələ məhkəməyə daşınıb. Şikayətçinin sözlərinə görə, ona məxsus mənzilin sahəsi qanun üzrə 76 kvadrat metr olsa da, ilkin mərhələdə sənədlərdə bu göstərici 55 kvadrat metr kimi təqdim edilib. Digər sakinlərlə əldə olunan razılaşmaya əsasən, hər kvadrat metr üçün 4000–5000 manat məbləğində ödəniş təklif olunduğu halda, ona daha aşağı məbləğ təklif edildiyi bildirilir. Məhkəmə prosesində mənzilin sahəsinin 76 kvadrat metr olduğu təsdiqlənsə də, hər kvadrat metr üçün ödənişin 2000 manat müəyyən edildiyi qeyd olunur. Sakin bu qərarla razılaşmadığını və hüquqlarının pozulduğunu iddia edir. 
Şikayətçi Piruzə İbrahimova, bununla bağlı  Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət edib.

Избранный
50
1
Ajans.az

2Источники