RU

İran qaydalarına əməl etməyən gəmilər zorla dayandırılacaq - ÖZƏL

İranın Hörmüz boğazından keçmək üçün verdiyi təlimatlara əməl etməkdən imtina edən bütün gəmilər güclə dayandırılacaq. Olaylar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Hüseyn Mohebi bildirib. "İİKK Dəniz Qüvvələri Keşikçiləri Korpusu tərəfindən elan edilmiş prinsiplərə zidd olan hər hansı bir hərəkət ciddi risklərə səbəb olacaq. Qaydaları pozan gəmilər güc tətbiq etməklə dayandırılacaq", - deyə Tasnim xəbər agentliyi onun sözlərini sitat gətirib . Mohebi bütün gəmiçilik şirkətlərinin və gəmiçilik sığorta şirkətlərinin İİKK-nın bildirişlərinə diqqət yetirməli olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники