RU

Daha bir xəstəxanada onlayn növbə sisteminin tətbiqinə başlanılıb

Yazını böyüt
Yazını kiçilt

Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb.

Bu barədə Hafta.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə çıxışının daha rahat təmin edilməsi, uzunmüddətli gözləmə hallarının aradan qaldırılması, səmərəli xidmət mühitinin yaradılması və ən əsası vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin tətbiqinə başlanılıb.

Onlayn növbə sistemi sayəsində vətəndaşlar artıq “e-Təbib” mobil tətbiqi vasitəsilə öncədən vaxt təyin edə bilir və seçdikləri vaxtda tibb müəssisəsinə yaxınlaşaraq canlı növbə gözləmədən həkim qəbuluna rahat giriş əldə edirlər.

Hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasında bütün ixtisaslı həkim müayinələri üçün onlayn növbə seçimi etmək mümkündür.

Qeyd edilib ki, tibbi xidmətlərə çıxışın hamı üçün daha əlçatan olmasını hədəfləyən onlayn növbə sisteminin mərhələli qaydada ölkə üzrə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.

Избранный
2
10
hafta.az

10Источники