RU

“Məzun günü” də dəbdəbəyə çevrilir...

Məktəblərdə dərs ilinin başa çatmasına az vaxt qalır və artıq bir çox şagirdlər “Məzun günü” şənliyi hazırlıqlara başlayıblar. 

Valideynləri isə ən çox maraqlandıran məsələ bu tədbirin ümumilikdə neçəyə başa gəlməsidir. “Məzun günü” üçün xərclər seçilən məkan, geyim, foto-video çəkiliş və əlavə xidmətlərə görə dəyişir. Ən əsas xərclərdən biri geyimdir. Qız məzunlar üçün libasların qiyməti formasına, parçasına, bəzəyinə görə dəyişir. Ayaqqabı, saç düzümü və makiyaj əlavə olunduqda bu xərc daha da artır. 

Restoran və ya tədbir zalında keçirilən məzun gecələri də əsas xərclər sırasındadır. Bununla yanaşı, foto və video çəkiliş xidmətləri də valideynləri xərcə salır. 

Əslində, məzun günü şənliyi məktəb daxilində sadə formada da keçirilə bilər. Məzunlar məktəbdə öz çıxışlarını edə, müəllimləri ilə vidalaşa, onlara təşəkkür edə və xatirələrini bölüşə bilərlər. Həddindən artıq dəbdəbə həm uşaqlarda, həm də valideynlərdə gərginlik yarada bilər. 

Şübhəsiz ki, belə tədbirlərin təşkili müsbət haldır, lakin unutmaq olmaz ki, hər ailənin maddi imkanı eyni səviyyədə deyil. Bu səbəbdən də “Son Zəng” tədbirlərinin dəbdəbəli deyil, sadə formada keçirilməsi daha məqsədəuyğun olar...

Günel Cəlilova

Избранный
18
1
hit.az

2Источники