RU

“Ukrayna dronları 9 may paradında uça bilər” - Zelenski

"Bizim dronlar Moskvada 9 may paradını ziyarət edə bilər".

Missiya.Az xəbər verir ki. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı deyib.

“Rusiya 9 mayda parad elan edib, amma bu paradda heç bir hərbi texnika olmayacaq. Ukrayna dronları da bu paradda uça bilər”, - deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, bu yay Rusiya Prezidenti Vladimir Putinin növbəti addımı necə atacağına qərar verəcəyi an olacaq:

“Rusiya lideri bu müharibəni genişləndirmək, yoxsa diplomatik yollara keçmək barədə qərar verməlidir”, - deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti bildirib ki, Kreml lideri diplomatiya istiqamətində irəliləməlidir.

Daşqın HəsənovMissiya.Az

Избранный
40
missiya.az

1Источники