RU

Belə məlumatları yayanları 2000 manat cərimə gözləyir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələr informasiya yayımının ən sürətli və təsirli vasitələrindən birinə çevrilib. “TikTok” və “Instagram” kimi platformalarda hər gün milyonlarla istifadəçi müxtəlif məzmunlar paylaşır və bu məlumatlar qısa zamanda geniş auditoriyaya çatır. Lakin yayılan informasiyanın doğruluğu, qanuniliyi və başqalarının hüquqlarına təsiri məsələsi ciddi hüquqi müzakirələr yaradır. Xüsusilə yanlış məlumat, böhtan və ya zərərli kontentin yayılması hallarında məsuliyyətin kimə aid olduğu məzmunu paylaşan şəxsə, yoxsa platformaya aktual sual kimi gündəmə gəlir.Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sosial şəbəkələrdə yayılan məlumatlara görə məsuliyyət həm məzmunu paylaşan şəxs (istifadəçi), həm də platformanın (host provayder və ya internet informasiya ehtiyatının sahibi) üzərinə düşə bilər:“Sosial şəbəkələrdə hər hansı məlumatı yerləşdirən şəxs həmin məlumatın doğruluğuna və qanuniliyinə görə birbaşa məsuliyyət daşıyır. Əgər istifadəçi bilərəkdən yalan məlumat yayırsa, kimisə təhqir edirsə və ya böhtan atırsa, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsi əsasında məsuliyyətə cəlb oluna bilər. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna görə, istifadəçi dövlət sirri, terrorçuluğun təbliği, zorakılığa çağırış, təhqir və böhtan xarakterli məlumatları yaymamalıdır. Platformanın (TikTok, Instagram və s.) məsuliyyəti əsasən məlumatın operativ şəkildə silinməsi və ya girişin məhdudlaşdırılmasıyla bağlıdır”.O qeyd edib ki, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirildiyini aşkar etdikdə, bu barədə həm informasiya ehtiyatının sahibinə, həm də platformaya rəsmi xəbərdarlıq edir:“İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə, fiziki şəxslər 500-1000 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslərsə 1500-2000 manat məbləğində cərimə edilir. Əgər qadağan olunmuş məlumat xəbərdarlıqdan sonra 8 saat ərzində silinməzsə, həmin resursun fəaliyyəti məhkəmə qaydasında (təxirəsalınmaz hallarda isə müvəqqəti olaraq orqan tərəfindən) məhdudlaşdırıla bilər. Xülasə, məzmunun ilkin müəllifi və ya paylaşıcısı məlumatın məzmununa görə (böhtan, təhqir), platformasa qanunsuz məzmun barədə xəbərdar edildikdən sonra onu təmizləmədiyi və ya girişi bağlamadığı üçün məsuliyyət daşıyır”.Yəni, sosial şəbəkədə yalan, təhqir və qadağan olunmuş məlumat yayan şəxs birbaşa cərimələnə və ya cinayət məsuliyyətinə cəlb oluna bilər, platforma isə bu paylaşımı 8 saat ərzində silməsə, həm pul cəzası alır, həm də saytın fəaliyyəti bloklanır.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
demokrat.az

1Источники