RU

ABŞ-nin ələ keçirdiyi İran gəmisinin heyət üzvləri Pakistana təhvil verilib

ABŞ tərəfindən Oman körfəzində ələ keçirilmiş İranın "Touska" yük gəmisinin 20-dən çox heyət üzvü Pakistana çatdırılıb.

Day.Az bu barədə Trend-ə istinadən xəbər verir.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar bu gün İrana təhvil veriləcəklər.

"ABŞ tərəfindən etimadın möhkəmləndirilməsi tədbiri kimi, ələ keçirilmiş İran konteyner gəmisi "MV Touska"nın göyərtəsində olan 22 heyət üzvü Pakistana təxliyə edilib. Dünən axşam Pakistana gətirilən şəxslər bu gün İran hakimiyyətinə təhvil veriləcək",- deyə nazirliyin "X" sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilir:

Qeyd olunur ki, İran gəmisi Pakistanın ərazi sularına gətiriləcək və "zəruri təmir işləri" başa çatdıqdan sonra "ilkin sahiblərinə" qaytarılacaq. Nazirlik bu addımların ABŞ və İranla koordinasiya şəraitində həyata keçirildiyini bildirib.

"Pakistan bu cür etimadın möhkəmləndirilməsi tədbirlərini alqışlayır və dialoq və diplomatiyanın təşviqinə dəstəyini davam etdirəcək", - deyə açıqlamada qeyd olunur.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi bildirib ki, ABŞ hərbi qüvvələri Touska gəmisinin 22 heyət üzvünün Pakistana repatriasiya üçün təhvil verilməsini başa çatdırıb", eyni zamanda gəmi üzərində nəzarət onun sahibinə qaytarılır.

Xatırladaq ki, aprelin 20-də ABŞ Prezidenti Donald Tramp ABŞ hərbçilərinin Oman körfəzində dəniz blokadasını yarmağa cəhd etdiyinə görə İran yük gəmisini ələ keçirdiklərini elan etmişdi.

Избранный
47
day.az

1Источники