RU

Danışıqlar nəticə vermədi - Yaxşı pul təklif etdilər, dedi, yolum Avropayadır!

Konfrans Liqasının biraddımlığında olan «Turan Tovuz» 32 ildən sonra qayıtdığı avrokuboklarda

Ayxan Huseynovun xidmətindən istifadə edə bilməyəcək. Bu barədə saytımıza klubdan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Ayxan Abbasovun ilk dəfə milliyə çağırdığı yarımmüdafiəçi ilə bir müddətdir aparılan danışıqlar yekunlaşıb.

O, 2+1 illik nəzərdə tutulmuş yeni müqavilə imzalamaqdan qətiyyətlə boyun qaçırıb. Əvvəlkindən xeyli artıq maaş vədi də 26 yaşlı cinah oyunçusunun fikrini qarışdırmayıb.

Ayxanın 4 ildir formasını geyindiyi klubla kontraktı iyunda bitəcək. Məqsədi karyerasını ölkə xaricində davam etdirməkdir. Onun meneceri Avropadan bir neçə klubla görüşüb və tərəflər arasında ilkin anlaşma əldə olunub.

“Zenit”in yetirməsi 2022-ci ildən «Turan Tovuzdadır. Hüseynov daha öncə “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod”un da formasını geyinib.

SPORTİNFO.AZ

Избранный
23
sportinfo.az

1Источники