RU

Prezident: Azərbaycan ilə Ermənistan arasında sülh reallıqdır

Azərbaycan ilə Ermənistan arasında sülh reallıqdır.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı Sammitdə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən videoformatda qoşulacağam.

Həmçinin, auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio KoştaAvropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə görüşüm zamanı onlar 2026-cı ilin mayında sammitin Ermənistanda keçirilməsi ideyası barədə fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə balanslı yanaşmanın qorunması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul olundu və buna görə də üzvləri 2028-ci ilin mayında Azərbaycana dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan da namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir”, - dövlət başçısı qeyd edib.

Избранный
4
10
apa.az

10Источники