RU

Atlantik okeanında üzən gəmidə infeksiya yayılıb, ölənlər var

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paris, 4 may, AZƏRTAC

Bu günə qədər laboratoriyada hantavirus infeksiyası ilə bağlı 1 hadisə təsdiqlənib. Yoluxmuş 6 nəfərdən 3-ü ölüb, 1-i Cənubi Afrikada xəstəxananın reanimasiya şöbəsindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından AFP agentliyinə məlumat verilib.

Bildirilib ki, xəstəxanada müalicə alan şəxs 69 yaşlı britaniyalıdır.

Məlumata görə, xəstəlik Atlantik okeanında, Argentinadan Kabo Verde adasına gedən gəmidə qeydə alınıb.

Hantavirus gəmiricilər vasitəsilə insana keçə bilən xəstəlikdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
2
azertag.az

3Источники