RU

“Hörmüz boğazına yaxınlaşan xarici qüvvələrə hücum ediləcək” İran Trampın yeni əməliyyatına belə reaksiya verdi

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın "Azadlıq Əməliyyatı" adlı Hörmüz boğazından keçməyə çalışan gəmilərin mühafizəsinə hesablanmış əməliyyat İran tərəfindən təhdidlə qarşılanıb.

İranın Xatəmül-Ənbiya Mərkəzi Komandanlığının komandanı Əli Şadmani Hörmüz boğazına yaxınlaşan və ya girən hər hansı bir xarici hərbi qüvvəyə hücum ediləcəyini bildirib.

“İran Hörmüz boğazına tam nəzarət edir. Bütün ticarət gəmiləri təhlükəsiz keçid üçün İran qüvvələri ilə əlaqələndirilmiş şəkildə işləməlidir”,-deyə o bildirib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
azpolitika.info

1Источники