RU

Üzərində bıçaq gəzdirənləri hansı cəza gözləyir?

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bıçaq, beşbarmaq və digər kəsici-deşici alətlər konstruksiyasına, ölçüsünə və materialına görə məişət və ya istehsalat məqsədləri üçün nəzərdə tutulmadıqda "soyuq silah" hesab olunur. Həmin silah insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Milli.Az-ın məlumatına görə, qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən buna görə 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətdə islah işləri və ya 1 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Soyuq silahı könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Mina Mikayılova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
news.milli.az

2Источники