RU

İranın hücumu: ABŞ nin 16 hərbi bazası zərər görüb

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ mediası İranın hücumları nəticəsində ABŞ-nin Orta Şərqdəki ən az 16 bazasının zərər gördüyünü bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Amerikanın CNN kanalının apardığı son araşdırma ABŞ ilə İran arasındakı gərginliyin bölgədəki Amerika hərbi bazalarına təsirini ortaya qoyub.

CNN-nin peyk görüntülərinə, zərər qiymətləndirmə hesabatlarına, ABŞ və Körfəz mənbələrinə əsaslandırdığı xəbərində, 28 fevraldan bu yana İranın hücumları nəticəsində ABŞ ordusunun Orta Şərqdəki ən az 16 bazasının müxtəlif dərəcədə zərər gördüyü qeyd edilib.

Xəbərdə zərər görmüş bəzi yerlərin ciddi əməliyyat dağıntılarına məruz qaldığı və bəzi obyektlərin istifadəyə yararsız hala düşdüyü bildirilir. 

Qeyd olunur ki, İranın hücumları əsasən bölgənin dörd bir yanına yerləşdirilmiş təkmil radar sistemləri, rabitə infrastrukturu, raketdən müdafiə vasitələri və təyyarələrə fokuslanıb.

Bildirilən itkilər arasında İordaniyadakı Amerika THAAD raket batareyalarına bağlı radar sistemləri və Birləşmiş Ərəb Əmirliklərindəki bəzi obyektlərin radar sistemləri yer alıb.

CNN həmçinin Səudiyyə Ərəbistanındakı hava bazasına təşkil edilən İran hücumu zamanı bir Amerika Boeing E-3 Sentry təyyarəsinin də məhv edildiyini açıqlayıb.

Pentaqon rəsmiləri ötən həftə Konqresdə verdikləri ifadələrdə ABŞ-nin İrana qarşı əməliyyatlarının xərclərinin 25 milyar dollar civarında olduğunu bildirmişdilər.

Lakin aralarında CNN və CBS News kimi mənbələrin də olduğu bir çox ABŞ media quruluşu, İranla müharibənin ümumi maliyyətinin ən azı 50 milyar dollar olduğunu iddia edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
1
cebheinfo.az

2Источники