RU

Heydər Əliyev – Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət

GVİB sədri ,ictimai xadim,əlbəyaxa döyüş növləri üzrə  fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Süleyman oğlu Əliyev (Muğan) Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və dövlətçilik irsindən QHT.az-a danışıb.

Muğan Əliyev bildirib ki: XX əsr və müasir Azərbaycan tarixində elə bir şəxsiyyət vardır ki, onun adı dövlətçilik, milli inkişaf və müstəqillik anlayışları ilə ayrılmaz şəkildə bağlıdır. Bu şəxsiyyət müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevdir.

Sədr vurğulayıb ki: Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bir çox mühüm tarixi mərhələlərdən keçmiş, dövlətçilik ənənələri möhkəmləndirilmişdir. Onun fəaliyyəti təkcə idarəçiliklə məhdudlaşmamış, eyni zamanda milli ideologiyanın formalaşmasına da güclü təsir göstərmişdir.

Muğan Əliyev qeyd edib ki: Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına xüsusi önəm verirdi. O, hesab edirdi ki, xalqın gələcəyi onun mədəniyyətinə, dilinə və adət-ənənələrinə bağlıdır. Onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması bu sahədə atılmış mühüm addımlardan biri olmuşdur.

M.Əliyevin sözlərinə görə: Heydər Əliyev gənc nəslin milli ruhda tərbiyəsini vacib sayır və qeyd edirdi ki, milli dəyərlərin qorunması xalqın mənəvi gücünü artırır.

Sədr vurğulayıb ki: Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli birlik və dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir. Bu ideologiya həm milli kimliyə sədaqəti, həm də ümumbəşəri dəyərlərə inteqrasiyanı özündə birləşdirir.

Muğan Əliyev bildirib ki: Heydər Əliyev hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq milli kimliyini, dilini və mədəniyyətini qorumasını vacib sayırdı.

Sədr vurğulayıb ki: Heydər Əliyevin dövlətçilik siyasətində ordu quruculuğu xüsusi yer tuturdu. Onun rəhbərliyi ilə Azərbaycanın müasir və nizami ordusunun formalaşması istiqamətində mühüm addımlar atılmışdır.

Muğan Əliyev qeyd edib ki: Hərbi təhsil sisteminin inkişafı, yeni hərbi liseylərin yaradılması və zabit kadrlarının hazırlanması bu siyasətin əsas istiqamətlərindən olmuşdur. Bu sahədə görülən işlər Azərbaycan Ordusunun güclənməsinə ciddi töhfə vermişdir.

M.Əliyevin sözlərinə görə: 1993–1998-ci illərdə keçirilən müşavirələr və qəbul edilən qərarlar ordunun inkişafında mühüm rol oynamışdır.

Sədr vurğulayıb ki: Ulu öndərin siyasi qətiyyəti və strateji baxışı nəticəsində Horadiz əməliyyatı uğurla həyata keçirilmiş, işğal altında olan bir sıra ərazilər azad edilmişdir. Bu hadisə Azərbaycan hərb tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Muğan Əliyev bildirib ki: Bu gün Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması və sosial rifahın yüksəlməsi bu siyasətin nəticəsidir.

Sədr vurğulayıb ki: Azərbaycan regionun lider dövlətinə çevrilmiş, mühüm beynəlxalq layihələrin təşəbbüskarı olmuşdur.

Muğan Əliyev qeyd edib ki: 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə mühüm layihələr həyata keçirir. Azərbaycan mədəni irsinin UNESCO tərəfindən tanınmasında Fondun böyük rolu olmuşdur.

M.Əliyevin sözlərinə görə: Ümummilli Lider Heydər Əliyevin siyasi irsi bu gün də yaşayır və inkişaf edir. Onun müəyyən etdiyi dövlətçilik xətti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və gələcək inkişafına xidmət edir.

Sədr vurğulayıb ki: 2 may 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” adlı tədbir keçirilmişdir.

Muğan Əliyev bildirib ki: Tədbirdə çıxış edən Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev iştirakçıları Qələbə Günü münasibətilə təbrik etmiş, dövlət gənclər və idman siyasəti haqqında məlumat vermişdir. O, Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynadığını vurğulamışdır.

Sədr vurğulayıb ki: Çıxışda qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı qələbə Heydər Əliyev siyasətinin məntiqi davamıdır.

Fatimə Nəbiyeva

Избранный
14
qht.az

1Источники