RU

“Bu hazırlıqlar növbəti qarşıdurma anonsu ola bilər”

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Tramp İranın yeni təklifini bəyənmir. Baxmayaraq ki, yeni təklifdə İran xeyli məsələlərdə yumşalma mövqeyi nümayiş etdirir. Belə ki, İran nüvə danışıqlarının gündəmə gəlməsinə razılıq verir, eyni zamanda, tədricən uranın çıxarılması ilə bağlı müzakirələrə açıq olduğunu, həmçinin aşağı faizli nüvənin hazırlanması ilə bağlı da razılığını bildirir. Bundan başqa Hörmüz boğazı ilə bağlı müzakirələrdə də müəyyən yumşalmalar təklif edir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Əli Mustafa söyləyib.

O qeyd edib ki, anlaşılan odur ki, İran bir sıra məsələlərdə güzəştə getməyə hazırdır: “Əvəzində isə dəniz yolunun açılmasını, blokadanın götürülməsini istəyir və təbii ki, indi yaranmış ağır iqtisadi vəziyyətdən qurtulmaq istəyir. Anlaşılan odur ki, Tramp bunu bilir, ona görə də həm bu çətin vəziyyətdən İran hakimiyyətinin qurtulmasını istəmir, digər tərəfdən ABŞ-nin də, İsrailin də hərbi hazırlıqları var. Belə görünür ki, hələ bu hazırlıqlar növbəti qarşıdurma, savaş anonsu ola bilər. Yəni ABŞ və ya İsrail yenidən hərbi əməliyyatları başlada bilərlər. Görünür, ABŞ İranın içindəki yeni vəziyyəti öyrənir və indiki rəhbərliklə işləyib-işləyə bilməməyin perspektivlərinə baxır. Əgər onlarla işləmək istəsə yəqin ki, hansısa güzəştlər olacaq. Amma işləmək istəmirsə o halda bu gərginlik davam edəcək. Hər halda anlaşılan odur ki, İran ABŞ-nin tam istədiklərini ona vermir. Ona görə də Tramp bu şərtlərlə razı deyil”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
icma.az

1Источники