RU

Türkiyəyə gedən ruslar içkinin “daşını atırlar” – Səbəb bəllidir

Rus turistlər Türkiyə kurortlarında daha az spirtli içki içməyə başlayıblar.

Publika.az xəbər verir ki, onlar Antalya otellərində daha az spirtli içki sifariş edirlər. Bu barədə “RİA Novosti”yə bölgədəki otellərdən birinin sahibi Mehmet Usta Bilginer məlumat verib.

Otel sahibi bildirib ki, rusiyalı turistlər əvvəlki illərlə müqayisədə spirtli içki istehlakını əhəmiyyətli dərəcədə azaldıblar.

O, bunu tətil qiymətlərinin artması və hər şey daxil olan yemək planı olmadan səyahət edərkən büdcələri daha ağıllı idarə etmək ehtiyacı ilə əlaqələndirib. Otel sahibi qeyd edib ki, qonaqlar ümumiyyətlə əlavə otel xərclərinə daha ehtiyatlı yanaşırlar.

Избранный
21
publika.az

1Источники