RU

Filippinlərdə 6 bal gücündə zəlzələ baş verib

Filippinlərdə
Filippinlərin şərqində yerləşən Samar adası ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti tərəfindən məlumat verilib.
Verilən məlumata görə, zəlzələ adanın şimal-qərbində yerləşən Nena bölgəsində baş verib.
Bildirilir ki, yerin 73,3 kilometr dərinliyində meydana gələn zəlzələ ölkənin şərq sahillərində yerləşən digər yaşayış məntəqələrində də hiss olunub.


Hadisədən sonra insan tələfatı və ya maddi ziyan barədə hər hansı məlumat verilməyib.

Избранный
3
1news.az

1Источники