RU

Ursula fon der Leyen: “Avropa qlobal bazarlardan asılılığı azaltmalıdır”- ÖZƏL

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen European Political Community Summit öncəsi bildirib ki, Avropa dəyişkən qlobal bazarlardan asılılığını azaltmalı və daxili imkanlarını gücləndirməlidir. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, əsas prioritetlərdən biri enerji sahəsidir. Avropa idxal olunan fosil yanacaqlardan asılılığı azaltmalı, bərpa olunan və nüvə enerjisi kimi yerli istehsalı artırmalıdır.
Fon der Leyen əlavə edib ki, müdafiə və təhlükəsizlik sahəsində də müstəqillik gücləndirilməli, hərbi imkanların artırılması üçün investisiyalar sürətləndirilməlidir.
O, həmçinin etibarlı təchizat zəncirlərinin qurulmasının vacibliyini vurğulayaraq, Avropanın Latın Amerikası, Hindistan, Avstraliya və Meksika kimi tərəfdaşlarla əməkdaşlığı genişləndirdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники