RU

Ursula von der Leyen: Orta Dəhliz Avropa üçün mühüm əhəmiyyət daşıyır

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Biz İrəvanda ilk növbədə enerji sahəsində müstəqilliyimizi müzakirə edəcəyik. Çünki çox enerji idxal edirik. Biz Avropada öz resurslarımızdan - nüvə enerjisindən və bərpaolunan enerjidən istifadəni artırmalıyıq”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İrəvanda Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, Avropanın hərbi sahədə digər ölkələrdən asılılığına diqqət çəkib və bu məsələnin sammitin gündəliyində yer tutduğunu bildirib.

Sammitdə “etibarlı təminat zəncirləri”nin formalaşdırılmasının müzakirə olunacağını vurğulayan Ursula von der Leyen Orta Dəhlizin Avropa üçün əhəmiyyətindən də danışıb.

O, Orta Dəhlizin Avropa üçün mühüm yer tutduğunu, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə konnektivliyi təmin etdiyini və Ermənistanın bu sahədə əhəmiyyətli rol oynadığını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
4
apa.az

5Источники