RU

“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? “Qartallar”dan açıqlama

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu mövsüm ölkəmizi avrokubokda təmsil edəcək 4-cü komandanın adı böyük sual altındadı. Ya “Neftçi” olacaq, ya da “Zirə”. Qəsəbə təmsilçisi hazırda “Neftçi”dən 2 xal öndə olsa da, bakılılar bir oyun az keçirib.Reallıq belədi ki, “qartallar” 4-cü yeri tuta bilməsə, üstəlik kuboku da qazanmasa, avrokuboklardan kənarda qalacaq. Bəs komanda bu uğura nail ola bilməsə, günahkar kim olacaq? “Football-plus.az”ın sualına “Qartallar”ın rəhbəri Kənan Məmmədli cavab verdi:

“Əlbəttə, avrokuboklara getmək istəyirik və bu heç də asan deyil. Bizdən başqa da bunu istəyən komandalar var. “Zirə” və “Neftçi” avrokubok uğrunda mübarizə aparır. Qismət olsa, getmək istəyərik. Belə rəqabət şəraitində avrokuboklara yollanmaq bizim üçün daha böyük uğur olar. “Araz-Naxçıvan” yayda transferlərə bizdən çox pul xərclədi, amma ortada nəticə yoxdu. “Zirə”nin büdcəsi digər klublarla müqayisədə aşağıdı. Belə vəziyyətdə rəqabət aparmaq özü də bizim üçün böyük işdi. İki mövsümdü Avropaya yollanırıq. Bu mövsüm alınmasa, kimisə günahlandırmayacağıq. Günahkar axtarmaq düzgün deyil”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
icma.az

2Источники