ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Hizbullahın siyasi qanadı olan "Müqavimətə Sədaqət Bloku"ndan parlament üzvü Həsən Fədlallah Livan hökumətinin İsrail ilə danışıqlarının onlar üçün məcburi olmadığını və bu prosesin nəticələrinin tətbiqinə icazə verməyəcəklərini açıqladı.Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Fədlallah paytaxt Beyrutun cənubundakı Dahiye bölgəsində İsrail hücumlarında həlak olan Hizbullah üzvlərinin xatirə mərasimində çıxış edib.Fədlallah dedi: "İsrail ilə danışıqlar, bütün nəticələri ilə birlikdə, bizi narahat etmir. Biz onları həyata keçirməyəcəyik və həyata keçirilməsinə icazə verməyəcəyik."Livanın müdafiəsi uğrunda silahlı mübarizənin davam edəcəyini bildirən Fəzlullah bildirib ki, "Livandakı müqavimət (Hizbullah) torpaqlarımızı azad etmək, xalqımızı müdafiə etmək və ölkəmizi qorumaq üçün əvəzolunmaz milli yoldur və bu yol davam edəcək".
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.