RU

Yarışın ilk günündə milli komandamız aktivinə 3 medal yazdırıb

Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

“İki sahil” xəbər verir ki, yarışın ilk günündə milli komandamız aktivinə 3 medal yazdırıb. Nihad Məmişov (-66 kq) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə himnimizi səsləndirib. Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) isə beynəlxalq turniri bürünc medalla başa vurublar.

Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə ikinci pillədə qərarlaşıb.

Избранный
28
2
ikisahil.az

10Источники