Nəhayət, Manuel Noyerin növbəti mövsümə harda başlayacağı böyük ölçüdə müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu “Bavariya” ilə müqaviləsini yeniləməyə yaxındı.
Almaniya mətbuatının məlumatına görə, 40 yaşlı qapıçı Münhen klubu ilə yeni müqaviləyə dair razılıq əldə edib. Müqavilənin şərtlərinə görə, Noyer komandanın əsas qapıçısı kimi qalacaq, lakin Yonas Urbiq daha çox oyun vaxtı alacaq. Məlumata görə, Noyer Urbiqi öz xələfi kimi yetişdirməyə kömək edəcək. Hər iki qapıçı bu razılaşmadan məmnundu. Manuel ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər olacaq.
Dünya çempionu bu mövsüm meydana çıxdığı 35 matçda 38 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта