RU

Apreldə Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin aprel ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 28,83 faiz payla "Facebook" olub. 

Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 

İkinci yerdə 27,27 faiz göstərici ilə "YouTube", üçüncü yerdə isə 18,27 faiz göstərici ilə "Instagram" qərarlaşıb.

"Pinterest" istifadəçilərinin fəallığı ötən ay 10,44 faizə bərabər olub.

"X"in payı 6,62 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı 3,65 faiz, "Reddit" isə 4,18 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
11
banco.az

1Источники