RU

MPL: "Qarabağ" "Turan Tovuz"la qarşılaşır

Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, turun üçüncü günündə daha bir qarşılaşma baş tutacaq.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Turan Tovuz"u qəbul edəcək.

Görüş ikinci yer baxımından prinsipiallıq daşıyır. Qərb təmsilçisi cəmi 3 xal geridə olduğu "Qarabağ"a qalib gəlsə, son üç turun prinsipiallığı daha da ardatacq. Əks halda, ağdamlılar "gümüş"ü böyük ölçüdə özəlləşdirəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0, "Sabah" "Şamaxı"nı 1:0, "Zirə" isə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. 

Tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
30-cu tur
4 may 

19:30. "Qarabağ" – "Turan Tovuz"
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Избранный
7
29
fanat.az

10Источники