RU

Tramp Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə başlayacağını açıqlayıb

Vaşinqton, 4 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək etməyə başlayacağını açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.

Tramp əməliyyatı “Azadlıq Layihəsi” adlandırıb və onun bazar ertəsi səhər başlayacağını bildirib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
61
1
azertag.az

2Источники