RU

Aleks Fergüson stadiondan xəstəxanaya aparıldı

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Yunayted" futbol klubunun sabiq baş məşqçisi ser Aleks Fergüson "Old Trafford" stadionundan xəstəxanaya aparılıb.

Modern.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

84 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasının 35-ci turunda keçirilən "Mançester Yunayted" - "Liverpul" oyunundan az əvvəl özünü pis hiss edib. Bildirilir ki, Fergüson ehtiyat tədbiri olaraq tibbi nəzarət altına götürülüb və yaxın zamanda evdə müalicəsini davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Aleks Fergüson 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb. Onun rəhbərliyi altında komanda 13 dəfə İngiltərə çempionu olub, beş dəfə ölkə Kubokunu qazanıb, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, klub dünya çempionatını, Qitələrarası Kuboku, Kuboklar Kubokunu, UEFA Superkubokunu və dörd dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
modern.az

1Источники