RU

Abdullah Gül prezidentliyə namizəd olacaq?

Türkiyənin sabiq prezidenti Adbullah Gül aktiv siyasətə qayıdır. O, növbəti seçkilərdə prezident Rəcəb Tayyip Ərdoğana rəqib olacaq. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV Abdullah Gülə yaxınlığı ilə tanınan keçmiş məmurların fəallaşmasını bununla əlaqələndirib. Abdullah Gülün bir neçə tanınmış siyasətçinin iştirakı ilə yeni siyasi partiya yaradacağı qeyd olunub. Türkiyə parlamentinin sabiq sədri Bülent Arınç bu iddialara münasibət bildirib. Siyasətçi Abdullah Gülün prezidentliyə namizət olacağı ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etirmədiyini deyib.

Qeyd edəkki Abdullah Gül 29 oktyabr 1950-ci ildə Kayseri şəhərində dünyaya gəlib. O, Türkiyənin xarici işlər naziri , baş naziri və prezidenti olub.

Избранный
12
3
metbuat.az

4Источники