İngiltərə Premyer Liqasının 35-ci turunda “Aston Villa” və “Tottenhem” qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, oyun London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş Birmingemdə yerləşən “Vila Park” stadionunda keçirilib. Matçın baş hakimi Samuel Barrott olub.
London klubu hesabı erkən açıb. 12-ci dəqiqədə Konor Qallaher fərqlənərək komandasını önə keçirib. 25-ci dəqiqədə Rişarlison fərqi iki topa çatdırıb.
Oyunun sonlarında “Aston Villa” cavab qolu vurub. 90+6-cı dəqiqədə Emiliano Buendia fərqlənib.
Bu nəticədən sonra “Aston Villa” 58 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Tottenhem” isə 37 xalla 17-ci pillədə yer alır.