Lənkəranda çayxanada 36 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.
Publika.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində yerləşən çayxanaların birində qeydə alınıb.
Belə ki, aralarında yaranan mübahisə zəminində kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. S. Bayramova döş qəfəsi və bud nahiyəsinin açıq yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.