İngiltərə Premyer Liqasında XXXV tur davam edir.
Bu gün turun mərkəzi oyunu keçirilib.
"Mançestet Yunayted" "Liverpul"u qəbul edib. Görüş "qırmızı şeytanlar"ın üstünlüyü ilə başlayıb. Komanda Mateus Kunya və Benjamin Şeşkonun qolları ilə önə keçib.
İkinci hissədə qonaqlar Dominik Sobozlai və Kodi Qakpo ilə hesabı bərabərləşdirib. Lakin mankunianlar Kobbi Maynu ilə qələbə topunu vurmağı bacarıb - 3:2.
Apasport
Tarix: 3 May 2026, 22:57