RU

“Bu vəziyyətdən çıxa bilərik” – Kaxaber Sxadadze

Azərbaycan Premyer Liqasının XXX turunun “Zirə” – “Qəbələ” matçından (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb.

Msport.az  xəbər verir ki, gürcüstanlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:

– “Zirə”ni təbrik edirəm, Rəşad Sadıqov möhkəm komanda yaradıb. Oyuna gəlincə, yaxşı hazırlaşmışdıq. Pressinq etdik, qol vəziyyətləri yaratdıq. Sadəcə əsas problemimiz – son fazada dəqiqlik çatmamasıdır. Bunun üzərində çox çalışırıq, amma alınmır. Bu gün də bəsit qol buraxdıq. “Zirə”nin fərqlənənə qədər qol epizodu olmadı. Sona qədər mübarizə aparmalıyıq, qarşıda üç oyunumuz var. Bu vəziyyətdən çıxa bilərik. Azarkeşlərimizə təşəkkür edirik, amma təəssüf ki, onları sevindirə bilmədik.

– Qol epizodlarını dəyərləndirə bilməməyiniz nəylə bağlıdır?
– İlk növbədə psixoloji amil var. Futbolçu özünə inamlı olanda, düzgün də qərar verir. Eyni zamanda, keyfiyyət də mühüm rol oynayır. Bu iki vacib amilin vəhdəti isə ümumilikdə oyunçunun fərdi keyfiyyət göstəricisidir. Meydanda özünəinamlı olmaq son dərəcə vacibdir”.

– Növbəti oyunlardan gözləntilər nələrdir?
– Xallar qazanmaq lazımdır, ancaq bu haqda düşünürük.

Избранный
1
50
msport.az

10Источники