Misli premyer-liqasının 30-cu turunda "Zirə"nin qonağı olan "Qəbələ" uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavabladı.
- İlk növbədə "Zirə"ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdi burdadı və yaxşı komanda yaradıb. Oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi, lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik.
- Son nöqtəni qoymaqda çətinlik çəkdiyinizi söylədiz. Burda çatışmayan cəhət oyunçuların keyfiyyətidi, yoxsa...?
- Birinci növbədə bu psixoloji amildən irəli gəlir. Təbii ki, texniki cəhət də önəmli rol oynayır. Bu iki amil ümumilikdə keyfiyyət deməkdi. Özünəinamlı olmaq vacibdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта