RU

"Qəbələ çox baxımlı futbol oynayır" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları matçı belə şərh edib:

“Bizim üçün ağır oyun oldu. Rəqib çox baxımlı futbol oynayır. Düşünürəm ki, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm. Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun sərgiləməliyik. Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm.

Избранный
11
fanat.az

1Источники