RU

“İran ABŞ tərəfindən ötürülən rəyləri nəzərdən keçirir”

ABŞ tərəfinin İranın təklif etdiyi planla bağlı rəyləri Pakistan vasitəsilə təqdim olunub və hazırda nəzərdən keçirilir.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran milli televiziyasına müsahibəsi zamanı deyib.

Bəqainin sözlərinə görə, İranın Hörmüz boğazında mina təmizləmə ilə bağlı öhdəlik götürməsinə dair yayılan iddialar xam xəyaldan başqa bir şey deyil.

XİN sözçüsü İranın ABŞ-yə təqdim etdiyi təklifin detalları barədə danışarkən təklifin 14 bənddən ibarət olduğunu və bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasına yönəldiyini deyib. 

Onun sözlərinə görə, təklif müharibənin dayandırılması və bunun icra mexanizmi ilə bağlı 30 gün ərzində razılığa gəlməyi nəzərdə tutur.

Sonda o hazırkı mərhələdə heç bir nüvə danışıqları aparılmadığını vurğulayıb.

Избранный
4
44
redaktor.az

10Источники