RU

“Bakı Marafonu 2026” yekunlaşdı

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026" başa çatıb.

90deqiqe.Az xəbər verir ki, paytaxt küçələrini əhatə edən yarışın finiş mərhələsi “Sea Breeze” ərazisində yekunlaşıb. Yaxın saatlarda burada qaliblərin mükafatlandırılması mərasiminin keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, birinci yerin sahibinə 6 000 AZN, ikinci yerə 4 000 AZN, üçüncü yerə isə 2 000 AZN pul mükafatı təqdim olunacaq. Bununla yanaşı, 42 kilometrlik məsafəni başa vuran bütün iştirakçılara xatirə medalları veriləcək.

Digər məsafələr üzrə də mükafatlandırma nəzərdə tutulub. Belə ki, 21 kilometrlik yarımarafonu başa vuran ilk 2 000 iştirakçı medal, 10 kilometrlik məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, builki marafon ilk dəfə olaraq 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib. Yarışda ümumilikdə 25 min iştirakçı mübarizə aparıb.

Marafona tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və ziyalılar da qoşulublar. Bununla yanaşı, Azərbaycanla yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrin təmsilçiləri də yarışda iştirak ediblər.

Ənənəyə sadiq qalınaraq, builki marafonda da fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar da fəal şəkildə yer alıblar.

Избранный
39
50
90deqiqe.az

10Источники