RU

Premyer Liqa: “Zirə” “Qəbələ”ni məğlub etdi

Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

"Yeni Sabah" xəbər verir ki, günün ikinci matçında "Zirə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb.

Zirə Olimpiya İdman Kompleksinin stadionundakı oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" isə 20 xalla 11-ci sıradadır.

Günün ilk matçında "Sabah" "Şamaxı"nı məğlub edib - 3:0.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.


Telegram kanalımız
Избранный
2
50
yenisabah.az

10Источники