RU

Fransızlarla bir qrupda: “Oser faciəsi” və milyardlıq heyət

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki sonuncu rəqibinin adına aydınlıq gəlib.

Futbolpress.az xəbər verir ki, Millətlər Liqasında 1/4 finalda Xorvatiyanı üstələyən Fransa mundialda yığmamızın rəqibi olub.

D qrupu: Azərbaycan, İslandiya, Ukrayna, Fransa.

Azərbaycan yığması turnirdə birinci oyununu sentyabrın 5-də İslandiyaya qarşı səfərdə keçirəcək:

5 sentyabr: İslandiya – Azərbaycan

9 sentyabr: Azərbaycan – Ukrayna

10 oktyabr: Fransa – Azərbaycan

13 oktyabr: Ukrayna – Azərbaycan

13 noyabr: Azərbaycan – İslandiya

16 noyabr: Azərbaycan – Fransa.

Fransa qrupun ən güclü komandasıdır. DÇ-2018-in qalibi olan kollektivdə Osman Dembele, Kilian Mbappe, Mikael Olis kimi Avropanın nəhəng klublarında çıxış edən, hücumda effektiv olan oyunçular var. Komandanın ümumi dəyəri isə 1,16 milyard avrodur. Azərbaycanda bu 18,83, Ukraynada 309, İslandiyada isə 90,73 milyon avrodur. Üç komandanın heyətinin ümumi dəyəri fransızların yarısı belə etmir. Azərbaycan isə qrupun heyət baxımından ən zəifidir.

Fransa Azərbaycan yığmasının tarixinə antirekord yazdırıb. Belə ki, 1995-ci il 6 sentyabrda Oserdə Avropa çempionatının seçmə mərhələsində Fransa ilə Azərbaycan üz-üzə gəlmişdi. Tarixə “Oser faciəsi” kimi düşən görüş millimizin 0:10 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Fransadakı növbəti duel isə noyabrın 16-da olacaq. Estoniya, Haiti kimi komandalara qol vura bilməyən Azərbaycan yığmasının fransızlarla hansı formada mübarizə aparacağı qeyri-müəyyəndir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
50
futbolpress.az

10Источники