RU

Millimiz 3 medal QAZANDI

Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini 3 bürünc medalla başa vurub.

News365.az xəbər verir ki, yarışıb son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşaqni Kokauri (+100 kq) bürünc medal qazanıblar.

Bununla da yığma turniri 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Избранный
38
50
news365.az

10Источники