RU

ABŞ “Tomahavk”ları bu ölkəyə yerləşdirməkdən imtina edir

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Almaniyada uzaqmənzilli zərbə vasitələrinin, o cümlədən "Tomahavk" raketləri olan taborun yerləşdirilməsi ilə bağlı qərarı ləğv etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti Pentaqondakı mənbəyə istinadla məlumat verib.

Berlinin "Edina" analitik mərkəzinin direktoru Kristian Möllinq bu addımı Amerika hərbi kontingentinin ixtisarından daha ciddi problem adlandırıb:

"Hərbçilərin çıxarılmasını kompensasiya etmək olar, lakin uzaqmənzilli raketlərdə bizim geriliyimiz var. bu cür addımlar ABŞ-nin NATO ölkələrini müdafiə etmək hazırlığını şübhə altına alır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
50
axar.az

10Источники