RU

İsrail müdafiə büdcəsini 119 milyard dollar artıracaq

İsrail öz hərbi-sənaye kompleksini inkişaf etdirmək və yerli silah istehsalı potensialını gücləndirmək məqsədilə yaxın 10 il ərzində müdafiə büdcəsini 350 milyard şekel (təxminən 119 milyard dollar) həcmində artıracaq.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Hökumət başçısı qeyd edib ki, əsas hədəf xarici tədarükçülərdən asılılığı minimuma endirməkdir:

"Mən yerli silah istehsalı imkanlarımıza sərmayə qoyulması barədə göstəriş vermişəm. Növbəti onillikdə müdafiə büdcəsinə əlavə 350 milyard şekel cəlb edəcəyik ki, silahlarımızı ölkə daxilində istehsal edək və xarici tədarükçülərdən asılı olmayaq".

Избранный
26
8
publika.az

10Источники