RU

ABŞ-də təyyarə qəzası - Piklbol komandasının 5 üzvü həlak oldu

ABŞ-nin Texas ştatında piklbol klubunun beş üzvünü daşıyan mini təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, təyyarədəki beş sərnişinin hamısı həlak olub.

Amarillodan və Nyu-Braunfels hava limanına uçan “Cessna 421C” təyyarəsi Vimberley yaxınlığındakı meşəlik ərazidə yerə çırpılıb.

Hadisə qurbanları Castin Applinq (pilot), Hayden Dillard, Bruk Skaypala, Steysi Hedrik və Seren Uilsondur.

ABŞ Milli Hava Xidməti hadisə zamanı ərazidə buludlu hava olduğunu və bir neçə saat sonra ildırım çaxdığını bildirib.

"Cebheinfo.az" 

Избранный
21
9
cebheinfo.az

10Источники