Türkiyədə sərvəti 30 milyon dollardan çox olan ultra zəngin insanların sayı son beş ildə təxminən 93,5% artaraq 2174-dən 4208-ə yüksəlib.
Musavat.com xəbər verir ki, bu barədə "Ekonomim" nəşri "The Wealth Report 2026" hesabatına istinadən məlumat yayıb.
Proqnozlara görə, 2031-ci ilə qədər bu göstərici daha 13% artaraq 4772 nəfərə çatacaq. Eyni dövr ərzində ölkədəki milyarderlərin sayının da 31% artacağı (35-dən 46-ya) gözlənilir.
Hesabatda qeyd olunur ki, son beş ildə qlobal miqyasda varlıların sayı 29% artaraq 713 626 nəfərə çatıb. Ümumi artımın 40%-dən çoxu ABŞ-nin payına düşür, ikinci yerdə isə Çin qərarlaşıb. Bu müddət ərzində varlıların sayının ən sürətlə artdığı ölkələr Polşa (109%) və Qətər (107%) olub. Türkiyə bu siyahıda 3-cü, Rumıniya isə 93%-lik artımla 4-cü yerdədir.
Məlumata görə, ötən ilin noyabr ayının sonuna olan vəziyyətə əsasən, Türkiyənin 30 ən varlı milyarderinin ümumi sərvəti 73,8 milyard dollara çatıb.
"Forbes 2026" reytinqinə əsasən, Türkiyənin ən varlı şəxsi statusunu "Yıldız Holding"in idarə heyətinin üzvü Murat Ülkər qoruyub saxlayır ($5,2 mlrd). Siyahıda ikinci yeri "Aksa Enerji"nin rəhbəri Cemil Kazancı ($4,9 mlrd), üçüncü yeri isə "Rönesans Holding"in təsisçisi Erman Ilıcak ($3,7 mlrd) tutur.
Musavat.com