Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, komanda 34-cü turda evdə “Flamurtari” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Vüsal oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib.
Hazırda “Partizani” 45 xalla 5-ci sırada qərarlaşıb.