RU

"Əminəm ki, mövsümü "Kəpəz" və "Karvan-Yevlax”dan yuxarıda pillədə bitirəcəyik" - MÜSAHİBƏ

"Qəbələ"nin ispaniyalı legioneri Xayme Sierra Sportal.az saytına müsahibə verib.

- “Qəbələ” son turda “Araz-Naxçıvan”la 1:1 oynamışdı. Həmin görüşdə qələbə qazana bilməməyinizin səbəbi nə idi?

- "Sumqayıt"la oyunda olduğu kimi, çoxlu qol imkanlarımız oldu. “Sumqayıt”la matçda 2-3 qoldan çox fərqlə qalib gəlməli olduğumuz oyun idi, amma qol vura bilmədik. Bu, bütün mövsüm boyu başımıza gəlib. “Araz-Naxçıvan”la bağlı düşünürəm ki, ilk hissədə yaxşı oynamadıq, amma ikinci hissədə yenə də rəqib qapı qarşısında effektivlik çatışmadı. Amma bu oyun artıq geridə qaldı. Həftəboyu bu oyunu düşünmüşük.

- "Qəbələ"nin oyunlar zamanı çoxlu qol imkanları yaradır. Demək olar ki, həmişə qol vurmaq üçün fürsətləriniz olsa da, bundan yararlana bilmirsiz. Səbəb nədir? 

- Səbəbini bilmirəm. Amma aydındır ki, bu, artıq bir çox matçdır davam edən bir şeydir. Futbolda isə qol vurmaq lazımdır. Qol vurmasanız, matçlarda qalib gələ və xal qazana bilməzsiniz. Amma bu dörd matçda "Qəbələ"ni Premyer Liqada olduğu yerə qaytarmaq üçün mübarizə aparacağıq.

- "Qəbələ" hazırda turnir cədvəlində 11-ci pillədədir. Sonuncu yerə düşmək təhlükəsini hiss edirsiz?

- Xeyr. Əminəm ki, mövsümü "Kəpəz" və "Karvan-Yevlax”dan yuxarıda pillədə bitirəcəyik. Mübarizə aparacağıq və buna birlikdə nail olacağıq.

- “Qəbələ” bu gün növbəti tur çərçivəsində “Zirə” ilə qarşılaşacaq. “Zirə” avrokuboklar uğrunda mübarizə aparır. Onlara qarşı səfərdə xal qazana biləcəksiniz?

- Maraqlı matç olacaq. Həftəboyu bu matça hazırlaşmışıq. Təbii ki, “Zirə” ilə görüşdə üç xal uğrunda mübarizə aparacağıq. 

- Bu mövsüm “Zirə” ilə iki dəfə oynamısınız və hər ikisində məğlub olmusuz. Onlara qarşı oyunları necə xatırlayırsan?

- Azərbaycan Premyer Liqasında heç bir oyun asan deyil. “Zirə”yə qarşı oyunlarınız asan alınmayıb. Onsuz da asan matç yoxdur. “Zirə” ilə bu dəfəki görüşə də inamlı hazırlaşmışıq. Təbii ki, xal ehtiyatımızı artırmaq niyyətindəyik. Ümidvaram ki, səfər görüşündə uğurlu nəticə əldə edəcəyik.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
1
50
sportal.az

10Источники